Deputat parlamentin iclasında sevgilisinə evlilik təklif etdi

İtaliyada deputat Flavio Di Muro sevgilisinə elə parlamentin iclası zamanı evlilik təklifi etmək qərarına gəlib.

Deputat çıxış üçün mikrofon istəyən zaman parlamentdə zəlzələnin fəsadlarının aradan qaldırılması haqqında qanun layihəsinin müzakirəsi gedib.

Deputat çıxışına bu sözlərlə başlayıb:

“Biz tez-tez əsl dəyərlərə, sevdiyimiz insanlara etinasız yanaşırıq. Deputatların işini yarımçıq qoyduğuma görə, üzr istəyirəm. Lakin mənim üçün bu gün olduqca vacibdir. Eliza, mənə ərə gələrsən?”

Belə gözlənilməz etiraf birmənalı qəbul edilməyib: kimsə alqışlayıb, sədr isə qeyd edib ki, parlamentdə belə hərəkətlər yolverilməzdir.

Lakin əsas məqsədə çatılıb – deputatın evlilik təklifi qəbul edilib.

0.31162905693054