ALDP sədri: Proses başlayarsa öz namizədliyimi vermək fikirdəyəm

“Bakıda mer seçkiləri keçirilsə, namizədliyimi verəcəm”.

Bunu Azerforum.com-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib. Onun fikrincə, Azərbaycan müstəqil ölkə olduqdan sonra sonra Konstitusiya aktını qəbul edib, sənəddə demokratik prinsiplər əksini tapıb ki, bu seçkilərin keçirilməsi də demokratiyanın tərkib hissəsidir:

“Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də böyük şəhər bələdiyyələrinin yaradılması, o cümlədən merin seçilməsi üçün seçkilərin keçirilməsi məsələsidir. Mən də Bakıda mer seçkilərinin keçirilməsinin tərəfdarıyam və proses başlayarsa öz namizədliyimi vermək fikirdəyəm”.

ALDP sədri onu da vurğulayıb ki, vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti strukturunda çalışdığından iş və təşkilatçılıq təcrübəsi bu postda iddialığına əsas yaradır.

8.0198440551758