“Spartak”ın futbolçuları oyun zamanı kəllə-kəlləyə gəldilər – VİDEO

Rusiya çempionatının növbəti turunda Moskvanın “Spartak” klubu Sankt-Peterburqun “Zenit” komandası ilə qarşılaşıb.

“Life” xəbər verir ki, oyunun sonunda “Spartak”ın iki futbolçusu dava edib.

Belə ki, hücumçular Cano Ananidze və Lorenso Melqarexo mübahisə edib bir-birilərinə kəllə atıblar.

Mübahisənin səbəbləri hələ ki aydın deyil, lakin baş məşqçi Domeniko Tedesko məsələni araşdırmaq niyyətindədir.

Qeyd edək ki, oyun “Zenit”in 1:0 üstünlüyü ilə başa çatıb. Yeganə qolu öz qapısına “Spartak”ın müdafiəçisi İlya Kutepov vurub. 

 

0.27579212188721