Ukrayna Ali Radasının üzvləri Gəncə şəhərində səfərdədirlər

 

Bir qrup ukraynalı siyasətçi Gəncə şəhərinə səfər edib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Ukrayna Ali Radasının üzvləri Gəncə şəhərinə səfər edərək Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Burada dünyasını dəyişmiş sivil insanların ruhuna ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Qonaqlara Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumatlar verilib.

0.43560600280762