Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif: Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin

Rusiya Dövlət Dumasının öz ermənipərəstliyilə tanınan deputatı Vitali Mironov növbəti dəfə antitürk xislətini nümayiş etdirib.

O, “Danışır Moskva” radiostansiyasının efirində sərsəm təkliflə çıxış edib.

Mironov Rusiya vətəndaşı olan subay xanımlara istirahət məqsədilə Türkiyəyə səfər etməyin qadağan olunmasını istəyib.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən millət vəkili Türkiyəli gənclərin rus qızlarını saxta içkilərlə məst etdikdən sonra onların başına oyun açdıqlarını iddia edib.

Qeyd edək ki, Milonov ara-sıra sərsəm təkliflərilə gündəmə gəlməyi, deyəsən çox xoşlayır. Bir müddət öncə o, kollektor fəaliyyətilə məşğul olan Rusiya vətəndaşlarını pensiyadan məhrum etməyə çağırmışdı.

0.45648407936096