Partiya "Azadlıq fədaisi"nın növbəti qalibi müəyyən etdi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ALDP tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının növbəti qalibinin müəyyən edilməsi ilə bağlı partiya üzvləri arasında keçirilən sorğunun nəticələrinin yekunları müzakirə olunub. “Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri bildirib ki, dördüncü dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında keçirilən sorğu yekunlaşıb. “Bir ay ərzində keçirilən sorğunun qalibi Beynəlxalq insan hüquqları günü elan olunacaq.” – Fuad Əliyev qeyd edib. Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib. 2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə isə AXCP sədrinin müavini Gözəl Bayramlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

0.058567047119141