Dinarə Məmmədova: Bunun səbəbi müxtəlif ola bilər: abır-həya, hədələnmə...

Son vaxtlar qadın zorakılığı faktları cəmiyyətimizi çox narahat edir.

Ekspertlər qadın zorakılığının yalnız qadının problemi olmadığını söyləyirlər. Ayrı-ayrı fərdlərin, qeyri-hökumət təşkilatlarının bu mənfi halın aradan qaldırılmasında böyük köməkliyi ola bilər. Bu problemi aradan qaldırmaq üçün Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova müraciət etdi.

O, isə, qadına yönələn zorakılığın çox vaxt cəzasız qalmasına diqqət çəkərək bunu bildirdi:

"Ailədaxili zorakılıq yalnız qadının problemi deyil. Konstitusiya ilə ailənin qorunması üçün lazımi tədbirlərin görülməsi vəzifəsi dövlətə verilmişdir. Buna görə də zorakılığın qarşısının alınması üçün dövlətin siyasəti olmalıdır. Əgər zokarılığın qarşısı alınmasa, zorakılıq təkrarlana bilər, bu da mənfi nəticələrə gətirib çıxarda bilər "

.Dinarə Məmmədova hesab edir ki, qadınlara qarşı belə hallar, onların haqlarını pozur və ləyaqətlərini tapdalayır. Qadınlar çox vaxt ailədə gördükləri zorakılığı gizli saxlayırlar. Bunun səbəbi müxtəlif ola bilər: abır-həya, hədələnmə və s. Bu da çox ağır nəticələrə gətirib çıxarır.

"Zorakılığa məruz qalan qadınların fiziki, cinsi və reproduktiv sağlamlıqları pozulur. Zədə sonrası stress, depressiya kimi ruhi narahatlıqlar, intihar cəhdləri və dərmandan sui-istifadə kimi dəhşətli anlar yaşanır"- Dinarə Məmmədova qeyd etdi.

ALDP sədrinin müşaviri zorakılığın qarşısının alınması istiqamətində lazım olan tədbirlər və təkliflər haqqında bunları deyib:

"İnsanlar arasında münasibətlər, böhran anlarında kömək edilməsi, qadın-kişi bərabərliyi mövzularında şəxslərin və cəmiyyətin maarifləndirilməsi kimi işlərə əhəmiyyət verilməlidir". 

7.3201642036438