Fuad Əliyev TLDP başkanı təbrik edib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qardaş Türkiyənin Cümhuriyyət bayramı münasibətilə Türkiyə Liberal Demokrat Partiyasının (TLDP) Başkanı Gültekin Tırpancını təbrik edib.

Təbrik məktubda deyilir:

Türkiyə Liberal Demokrat Partiyasının

Sayın Başkan Gültekin Tırpancı

Hörmətli Sayın Başkan!

Sizi və Sizin simanızda TLDP üzvlərini ALDP üzvləri və şəxsən öz adımdan

Respublika Günü  münasibətilə ən səmimi təbriklərimizi yetirirəm.

Hörmətli Sayın Başkan!

Vətən-İkinci Qarabağ savaşında qardaş türk xalqın verdiyi qəti dəstəyi bizim üçün çox dəyərlidir.

Hörmətli Sayın Başkan!

Qardaş Türkiyə Cümhuriyyətinə və xalqına firavanlıq və inkişafı naminə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri                                                                                

 

0.048305988311768