Partiya liderləri əməkdaşlıq məsələləri müzakirə ediblər

Azərbaycan Liberal Demokrt Partiyasının (ALDP) sədri Fuad Əliyev Yeni Yol Partiyasının (YYP) sədri Ramil Hüseynov ilə görüşüb.

Görüşdə  ictimai-siyasi vəziyyət, son zamanlar baş verən bahlaşmanın xalqımıza təsirləri  barədə fikir mübadiləsi aparılmışdır. Hər iki partiya sədri qiymət artımlarının əhalimizin yaşayış səviyyəsinə mənfi təsir göstərməsini qətiyyətlə pisləyib, hökumətin sosial-iqtisadi  sahə üzrə yeni proqram layihələrinin həyata keçirməsini labüdlüyünü qeyd ediblər.

Partiyalar arasında gələcək əməkdaşlıq  məsələləri də müzakirə mövzusu olub.

ALDP sədri Fuad Əliyev  YYP-nin gələcək fəaliyyətində uğurlar arzu edib.

0.051862955093384