ALDP rəsmisi: Bu kimi hadisə gələcəkdə də təkrarlana bilər

“Bu hadisə ermənilərin müharibədəki məğlubiyyətlə barışmaq istəmədiklərini təsdiqləyir".

Baku news xəbər verir ki, bu fikirləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Qarabağda erməni terrorçunun azərbaycanlı hərbçilərin olduğu blokposta qumbara atmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları hələ də regiondakı erməniləri tərksilah etməyiblər.

“Bu kimi hadisə gələcəkdə də oxşarlarının təkrar olunacağını deməyə əsas verir” - Nizami Verdiyev qeyd edib.

Nizami Verdiyev hesab edib ki, düşmənə adekvat cavab verilməlidir: “Bu birinci dəfə deyil. Son bir həftə ərzində bir neçə  dəfə təxribat cəhdi olub. Fikrimcə, antiterror əməliyyatlara başlanmasının vaxtıdır. Ermənilər cəzalanmayanadək bu təxribatlar davam edəcək. Ermənilər Rusiya sülhməramlılarının olduğu ərazidə özlərini istədikləri kimi aparırlar. Düşmən bundan sonra sülhməramlılar üçün də təhlükə yaradacaq”.

Onun fikrincə, bu məsələlər tezliklə  həllini tapmalıdır.

0.085793018341064