ALDP Sabir Rüstəmxanlını mükafatlandırdı

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiya tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının 2021-ci il qalibi Vətəndaş Həmrəylik Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlıya təqdim edib.

"Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib:

“Ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə qalibi Beynəlxalq insan hüquqları günündə elan edirk. Bu ilin qalibi Vətəndaş Həmrəylik Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı  oldu”.

ALDP sədri Sabir Rüstəmxanlıya mükafat haqqında qısa məlumat verib və “Azadlıq fədaisi” mükafatını ona təqdim edib.

Sabir Rüstəmxanlı mükafata layiq görüldüyünə görə ALDP üzvlərinə minnətdarlığını bildirib.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə  AXCP sədrinin müavini Gözəl Bayramlı, 2019-ci ildə Tofiq Yaqublu və Oqtay Gülaliyev, 2020-ci ildə isə hüquq müdafiəçisi Novella xanım Cəfərova  “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

0.096257209777832