Yollarda sürət həddi azaldıldı

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. 

Bakunews.media xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

0.31104612350464