Partiya rəsmisi: Ölkə iqtisadi, sosial çətinliklərlə üzləşib, demoqrafik balans kəskin pisləşib

Bu gün Ermənistan hakimiyyətini qorxu, çaxnaşma, qarşıdurma içində saxlamaqla yanaşı, acı etiraflara səbəb olub. Bunlar və digər səbəblər Ermənistanı parçalnmaya gətirib çıxarıb, ölkə yeni ili faciələrlə qarşılayır.

Mövzuyla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova Xəbər-PS-a açıqlamasında bildirib ki, başda Paşinyan olmaqla, hakimiyyət rəsmiləri Ermənistanda əsaslı sosial, iqtisadi böhranın, xalqın gərgin mənəvi-psixoloji duruma düşdüyünü, ölkədə daxili qarşıdurmanın pik həddə çatdığını etiraf edirlər.

ALDP rəsmisi qeyd edib ki, Sovet İttifaqı dağılandan bu yana, işğalçı Ermənistanda həyat heç də öz axarıyla getməyib. Ölkə iqtisadi, sosial çətinliklərlə üzləşib, demoqrafik balans kəskin pisləşib. Ermənistanda gənclər arasında işsizlik yüksək səviyyədə olub, əhalinin artım tempi isə azalıb. Ermənistan əhalisinin sayı növbəti illərdə daha da azalacaq. Buna səbəb ölkədə yoxsulluğun səviyyəsinin artması, ölkə iqtisadiyyatının çökməsidir. Hazırda Ermənistanın xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizindən çoxdur. Bu isə ölkə iqtisadiyyatının tənəzzülü deməkdir. Bundan başqa, Azərbaycanla müharibədə Ermənistana bir neçə milyard ABŞ dolları civarında ziyan dəyib və bu da ölkə iqtisadiyyatını tamamilə dalana sürükləyib. Ölkə əhalisi vəziyyətdən çıxış yolunu yenə də ölkədən qaçmaqda, başqa dövlətlərdə iş axtarmaqda görür.
Müharibədəki məğlubiyyət və cəmiyyətdə yaranmış xaos, qorxu insanların xaricə axınını daha da artırıb:

“Həmişə xalqına yalan vədlər verən hakimiyyət indi acı həqiqətləri etiraf etməyə başlayıb. Səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistana elə bir ağır zərbə vurulub ki, 15-20 ilə çətin özünə gələ bilsin. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir”.

0.082513093948364