Bəyanat: Fransada bu çağırışlar ölkəmizin suverinliyinə qarşı təxribatdır
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyəti Bəyanat qəbul edib. Bəyanatda deyilir:
“ATƏT-in Minsk qrupun həmsədri olan Fransa hökümətinin destruktiv, anti-Azərbaycan mövqeyi 44 günlik Vətən muharibəsində açıq şəkildə özünü büruzə verdi. Fransa prezidenti və hökümətin nümayəndələri ermənipərəst siyasəti yürüdərək Azərbaycana təzyiqlər edirdilər. Ermənistan ordusu darmadağın olandan sonra, Fransa prezidenti dövlət başçısı İlham Əliyevə zənq vuraraq, dövlətlərarası münasibətlərin yaxılaşdırılmasını arzulamışdı. Bunun davamı olaraq Emanuel Makron keçən ilin sonunda, dekabr ayında Brüsseldə dövlət başçısı İlham Əliyevlə qeyri-rəsmi görüşmişdi. Amma Fransa rəsmilərinin Azərbaycanla münasibətlərin normalaşdırılmasına dair azrzuları qısamüddətli oldu. Belə ki, Fransada prezident seçkilərində namizəd qismində iştrak edən Valeri Perkesin Qarabağa qanunsuz səfərindən sonra 242 nəfərin imzasıyla Fransa prezidenti Makrona müraciət ünvanlanmışdır. Müraciətdə ağılasığmaz, bütün beynəlxalq hüquq normalara və dövlətlər arası münasibətlərə zid olan fikirlər səsləndiriblər.
“Qarabağı “Azərbaycan aid olmayan ərazilər“ adlandırmaqla yanaşı, “erməni xalqına qarşı təcavüz və təxribatlar törədən” Azərbaycanın rəsmi şəkildə üzr istəməsi” kimi cəfəngiyyat çağırışlar ediblər.
ALDP hesab edir ki, bu çağırışlar Azərbaycan dövlətinə, ərazi bütövliyinə, ölkəmizin suverinliyinə qarşı təxribatdır.
ALDP hesab edir ki, Azərbaycan-Fransa münasibətlərin normalaşdırılmasına qədər, Azərbaycanın Fransada səfirinin geriyə çağırılması məqsədəuyğun olar.
ALDP Azərbaycan Xarici İşlər Nazirliyə müraciət edir ki, Fransa prezidentinə müraciəti imzalayan 242 nəfərin ölkəmizə girişinin gadağan olunması ilə bağlı qərar qəbul olunsun.