Gəncin küçədə bıçaqlanmasının görüntüsü yayıldı - VİDEO

Rusiyanın Moskva şəhərində küçədə baş verən bıçaqlanmanın videosu yayılıb.

İlkin versiyaya görə, yoldan keçən gənc iki nəfərlə mübahisə edib və mübahisə etdiyi şəxslərdən biri onu yumruqla vurub.

REN TV-nin məlumatına görə, daha sonra adamlardan biri gözyaşardıcı qaz balonu çıxararaq onun gözünə sıxıb, o biri isə bıçaq çıxararaq 19 yaşlı gəncin sinəsinə saplayıb.

Xəstəxanaya yerləşdirilən gənc əməliyyat olunacaq.

0.95596098899841