“Instagram”da qız adı ilə saxta hesab açan polis cinayətkarı yaxaladı - FOTO

Türkiyənin Ədirnə şəhərində polis fərqli üsulla axtarışda olan şəxsi yaxalayıb.

DHA-nın xəbərinə görə, barəsində beş il altı ay iyirmi gün həbs qərarı olan və ələ keçməmək üçün tez-tez yer dəyişən Yaşar Devirəni axtaran polis “Instagram”da saxta hesab açaraq qız adı ilə onunla danışıb.

Daha sonra Devirəni ticarət mərkəzində görüşə çağıran polis onu avtomobilində ikən yaxalayıb.

0.97753000259399