Partiya sədri Azərbaycan gənclərini təbrik edib

Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 2 fevral - Gənclər Günü ilə bağlı bayram münasibəti ilə gənc liberal-demokratları təbrik edib və onların ALDP-də fəaliyyətlərini yüksək qiymətləndirib.

“ALDP təşkilat komitəsinin məlumatına qörə, ALDP-nin üzvlərin 60%-dən çoxu gənclər təşkil edir. Əminliklə deyə bilərəm ki, bu ALDP-nin gələcəyi deməkdir. Siz partiya işində fəal olmalısınız və cəmiyyətdə ALDP ideyalarnı aktiv təbliğ etməlisiniz” - deyə Fuad Əliyev qeyd edib.
“Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Hesab edirəm ki, sizlər ictimai-siyasi proseslərdə yaxından iştrak edib, daha da aktiv olmalısız. Ən əsası vətənpərvar, öz milli mənəvi dəyərlərinə, dövlətə sadiq olmalısınız”-ALDP sədri təbrikdə bildirib.

0.055320978164673