Qadının daxilində dişləri və saçları olan şiş tapıldı - VİDEO

“TikTok” istifadəçisi “sandwitchbread” uşaqlıq yolunda dişləri və saçları ilə böyüyən şişin aşkar olunması ilə bağlı video paylaşıb.

Onun sözlərinə görə iki il əvvəl uşaq dünyaya gətirdikdən sonra mütəmadi olaraq qarın ağrısından əziyyət çəkib, nəhayət həkimə müraciət edib. Ultrasəs müayinəsinin nəticələri isə bloqeri şoka salıb. Belə ki, ultrasəs müayinəsi zamanı ekranda qəribə - saçlı, dişli bir şey görünüb, lakin həkim bunun uşaq olmadığını bildirib.

“Həkim mənə test nəticələrimi bildirəndə gözümün içinə baxdı və dedi ki, məndə 7 sm uzunluğunda, yumurta böyüklüyündə dermoid kist var”, - deyə  “sandwitchbread” olanları danışıb.

Sonradan məlum olub ki, qadında bir yox, iki kista var. İkincinin ölçüsü noxudla müqayisə edilə bilərdi. “TikTok” istifadəçisinin sözlərinə görə, baxmayaraq ki, dermoid kistlər bir qayda olaraq yumurtalıqlarda əmələ gəlir, kist onun uşaqlıq yolunda böyüyüb. Bu böyümələr ümumi və zərərsiz hesab olunur, lakin onları çıxarmaq üçün əməliyyat tələb olunur.

Dermoid yumurtalıq kisti (teratoma) - bəzən saç, maye, diş və ya dəri ehtiva edən bir böyümədir. Görünüşünün mümkün səbəblərindən biri inkişaf etməmiş siam əkiz parazitidir.

“Beləliklə, iki ildir ki, mənim daxilimdə oğlumdan bir parça olub, onun dişləri yaranıb və saçları uzanıb”, - deyə qadın bildirib.

O, dermoid kistanın görüntülərini paylaşıb, lakin həssas insanlara baxmamaları barədə xəbərdarlıq edib.

 

0.445885181427