Fransada yeni tapılan qurd növünə “Covidum” adı verilib - FOTO/VİDEO

Fransa və İtaliyanın bağlarında tapılan çəkic başlı qurdların yeni növü kovidin şərəfinə “Humbertium covidum” adlandırılıb. Onurğasızların Avropaya Asiyadan gəldiyi güman edilir.

Bu barədə “ScienceAlert”də məlumat verilir.

““Covidum” adı bütün dünyada pandemiyanın çoxsaylı qurbanlarının xatirəsinə hörmət olaraq seçilib. Bundan əlavə, araşdırmanın çoxu karantin zamanı hazırlanıb”, - deyə o, bildirib.

Uzunluğu üç santimetrə qədər olan “Humbertium covidum” ​​qara metal rəngində olur. Üzərində zolaqlar və ləkələr yoxdur, bu da çəkic başlı qurdlar üçün çox nadirdir.

Bağırsağın tərkibinin təhlili göstərib ki, “Humbertium covidum” kiçik ilbizlərlə qidalanır.

Alimlər həmçinin çəkic başlı qurdların daha bir yeni növünü  - “Diversibipalium mayottensis” aşkar ediblər. O, Mozambik kanalında, Fransanın xaricdəki bölgəsi olan Mayotte arxipelaqında yaşayır.

Bu qurd ölçüsünə görə “Humbertium covidum”a bənzəyir, lakin rəngi qəhvəyidir və üzərində mavi-yaşıl ləkələri olur.

0.36777305603027