Lalə Quliyeva: Burda məsuliyyət  valideynlərin üzərinə və eyni zamanda  erkən nikahda...

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva ALDP Baku News-a müsahibə verib.

 - ALDP qurultaya hazırlaşır. Hazırlıq işləri necə gedir?

- Hazırlıq işləri normal gedir. Təşkilat komitəsi yaranıb. Demək olar ki, sentyabr ayına qədər bütün işlər yekünlaşacag. Və təxminən sentyabrın əvvəlində qurultay keçiriləcək.

 - Bu gün qadınların hansı problemlərlə üzləşdiyini deyə bilərsiz?

 - Qadınların üzləşdiyi problemlər çoxdur. İşsizlik, ailə zorakılığı, erkən nigah, boşanma nəticəsində üşaqları tek böyüdmək kimi problemləri sadalaya bilərəm.

–Qızların erkən yaşda ailə qurmasına əsas səbəb nədi?

–Fikrimcə, bu, daha çox maddi problemlərlə əlaqədardır. “Tez evlənənlə tez yuxudan duran qazanar”  şüarını əldə bayraq edən insanlar yeniyetmə yaşda övladlarını ailə sahibi edir və bununlada öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər.

–Erkən nigah hansı problemləri ortaya çıxarıb?

–Erkən nikah quran ailələrdə  bir sıra problemlər yaşanır, xüsusilə qızlarda  ciddi sağlamlıq problemləri, mənəvi-emosional problemlər, dünyaya gələcək körpənin sağlamlığı ilə bağlı ciddi problemlər yaranır.

–Erkən nikahda əsas məsuliyyət kimin üzərinə düşür?

– Təbii ki burda məsuliyyət  valideynlərin üzərinə və eyni zamanda  erkən nikahda tərəflərdən biri  daha yetkin yaşda olarsa,  onun da  üzərinə   düşür.

- Problemlərin həllini necə görürsüz?

- Mənim fikrimcə problemlərin həlli qadınların maarifləndirilməsindən keçir. Çalışacağıg ki, əsas işi bu istiqamətdə quraq.

 - ALDP lideri Fuad Əliyev qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı onun fikirləri bizim üçün maraqlıdır. Problemlərin həllini necə görür?

- ALDP sədri Fuad Əliyev bütün müsahibələrində və tədbirlərində qadınlara dəstək olacağı barədə hər zaman bildirib. Gördüyü işlərdəndə bunu açıq görmək olar. QŞ olaraq ALDP sədrinə öz təşəkürümüzü bildiririk ki, qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı köməklik edir. 

 

0.045937061309814