Konqresvumenin ABŞ polisləri barədə səhvi sosial şəbəkələrdə gülüşlə qarşılandı - VİDEO

ABŞ Konqresinin Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü Marjori Taylor Qrin müsahibə zamanı Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin siyasətini tənqid edərkən “qazpaço” (İspan soyuq şorbası) və “gestapo” (Nasist Almaniyasında siyasi polis) sözlərini qarışdırıb.

“Bizim təkcə Kolumbiya dairəsinin QULAQ-ı olan Kolumbiya Dairəsi həbsxanamız yox, Nensi Pelosinin qazpaço polisi var, hansı ki, Konqres üzvlərinə, apardığımız qanunvericilik işlərinə, əməkdaşlarımıza və Amerika vətəndaşlarına qarşı casusluq edir”, - deyə Qrin bildirib.

Bununla bağlı sosial şəbəkədə yayılan kadrlar istifadəşilər tərəfindən gülüşlə qarşılanıb.

“Bax, elə bu səbəbdən müsahibələr acqarına verilməməlidir”, - deyə istifadəşilərdən biri deyib. Digəri isə mətbəxdə yemək bişirərkən qapının döyüldüyünü, gözlükdən baxdıqda isə bunun “qazpaço polisi” olduğunu gördüyünü  deyib.

Qeyd edək ki, Qrinin özü də baş verənlərə yumorla reaksiya verib: o, casusların “qulyaş”a (ingilis dilində bu söz “QULAQ” sözünə bənzəyir) düşəcəyi barədə zarafat edib.

0.40330696105957