Maduro super qəhrəman kostyumu geyinəcək - VİDEO

Venesuela prezidenti Nikolas Maduro dekabr ayından ölkədə yayımlanan cizgi serialının qəhrəmanının geyimində ictimaiyyət qarşısına çıxacağına söz verib.

Bu, əsas personajı “SuperBigot” adlı personaj olan, “Super Bığ” və ya “Super Bığlı” kimi tərcümə oluna bilən qısa, bir yarım dəqiqəlik səhnəciklər seriyasıdır. O, Maduroya oxşayır, əynində supermenə bənzər qırmızı-mavi kostyum, başında isə Venesuela bayrağlı papağı var. Maduro özü dəfələrlə müxtəlif tədbirlər zamanı zarafatla özünü “super bigote” adlandırıb.

SuperBigot imperializm, sanksiyalar, pandemiya ilə mübarizə aparır. ABŞ-ın keçmiş prezidenti Donald Trampa bənzəyən mənfi personajlardan biri daim planlar qurur və Venesuelaya zərər vurmağa çalışır, lakin superqəhrəman onun bütün planlarını məhv edir.

“Siz bilirsiniz, bu ideyanı yumor hissi olan insanlar irəli sürüblər, çünki yumor hissi olmayan insanlar bizim həyatdan necə həzz aldığımızı anlamırlar”, - deyə Maduro serial haqqında fikirlərini bölüşüb.

“Onların “Supermen” və “Hörümçək adam”ı var, bizdə “SuperBigot” və onun dostları var”, - deyə Maduro gülərək əlavə edib.

Serialda prezidentin həyat yoldaşı və onun ən yaxın həmkarlarını canlandıran personajlar da var.

“Deyirlər ki, maskarad fabriki minlərlə “SuperBigot” kostyumları hazırlayır. Nə vaxtsa proqramlardan birinə mən belə qatılacam, ona görə də hazırlaşın!” – deyə prezident təbəssümlə əlavə edib.

0.4236159324646