ALDP rəsmisi: Ramiz Mehdiyev AMEA-nın Rəyasət Heyətinin üzvü kimi qalıb

“Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verdi. Amma o, AMEA-nın Rəyasət Heyətinin üzvü kimi qalıb”.

Bunu Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Baku News-a açıqlamasında bildirib.

Dinarə Məmmədovanın sözlərinə görə, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən istefa verməsinə baxmayaraq, o, Rəyasət Heyətinin üzvü kimi fəaliyyətini davam etdirir:

“Hesab edirəm ki, nəyin ki Ramiz Mehdiyev, digər yaşlı akademiklər Rəyasət Heyətinin üzvlüyündən kənarlaşmalıdırlar. Rəyasət Heyətinin ən “gənc” akademikin 63 yaşı var. Əksəriyyət üzvlər 75 yaşı keçib. Hətta 90-dan yuxarı olan yaşlı akademiklər var”.

ALDP rəsmisi hesab edir ki, Akademiyada köklü islahatlar aparılmalıdır, gənc alimlərə geniş imkanlar verilməlidir:

“Hörmətli akademiklər bu günə qədər hansı nailiyyətlər əldə ediblər ki, bu yaşlarında elm üçün nesə edə bilsinlər. Rəyasət Heyətində, İnstitut rəhbərliyində olan bu yaşlılar öz yerlərini gənc alimlərə verməlidirlər. Köklü islahatlar aparılmalıdır, gənc alimlərər geniş imkanlar verilməlidir”.

Dinarə Məmmədova dövlət büdcəsindən elmə ayrılan vəsaitin az olduğunu da qeyd edib:

“Elmlər Akademiyasının nəzdinndə olan İnstitutların ştat cədvələrinə nəzər salsaq, görərik ki, bu ştat cədvəli “şişirdilib”, lazımsız və yaxud bir-birlərini təkrar edən vəzifələr var. Bu vəzifələri ləğv etmək lazımdır. Büdcədən bu sahəyə 220 milyon manat vəsait ayrılır. Onsuz da elm üçün az olan bu vəsaitin demək olar ki, böyük bir hisəsi, “şişidilmiş” cədvələ uyğun maaşa gedir. Belə olan halda, elm necə inkişaf etsin, hansı elmi nailiyətlər əldə etmək olar?!”.

0.056392908096313