Vaksinasiyadan öncə kimlərə xüsusi hazırlıq lazımdır?

Rusiyalı endokrinoloq Yekaterina Krivtsova bildirib ki, otoimmün xəstəlikləri olan insanlar koronavirusa qarşı peyvənd edilməzdən əvvəl müayinədən keçməlidirlər.

“Otoimmün və sistematik xəstəlikləri olan insanlar üçün peyvəndin müəyyən müayinədən sonra vurulması çox vacibdir. Otoimmün tiroiditi, tireotoksikozlu hipotiroidizmi olanlar, şübhəsiz ki, ilk növbədə laborator göstəricilərinə baxmalıdırlar”, - deyə mütəxəssis bəyan edib.

Onun sözlərinə görə, bu cür xəstəliklər zamanı yalnız orqanizmin bütün əsas parametrləri normal olduqda peyvənd etmək lazımdır.

Mənbə: “RİA Novosti”

0.47306895256042