Keyt Middltondan şahzadə Uilyama gözlənilməz təklif - FOTO/VİDEO

Kembric hersoginyası Keyt Middltonun Danimarkadakı “Lego PlayLab”da əyləncəli halı ilə bağlı görüntülər sosial şəbəkədə maraqla qarşılanıb. Ancaq onun həyat yoldaşı - Britaniya şahzadəsi Uilyama etdiyi təklif daha böyük marağa səbəb olub. Belə ki, Middlton Kopenhagendə uşaqlar üçün əyləncəli təpəcikdən aşağı sürüşəndən sonra ərinə tərəf üzünü çevirib, - “Gəl, daha bir uşağımız olsun”, - deyib.

Middltonun sözlərinə görə, ümumiyyətlə onun bir yaşlı uşaqlarla ünsiyyət qurması hər zaman Şahzadə Uilyamı qorxudur, çünki belə görüşlərdən sonra Keyt ona daha bir varisi dünyaya gətirmək arzusundan danışır.

Mənbə: The Sun

0.42962503433228