Mikroplastikləri udan ağac tapılıb - FOTO/VİDEO

Tozağacı torpağı çirkləndirən mikroplastiklərlə mübarizədə və planetin təmizlənməsində faydalı ola bilər.

Bu barədə Leybnits adına Şirin Su Ekologiyası və Balıqçılıq İnstitutunun alimləri məlumat veriblər.

Mütəxəssislər bunun üçün maraqlı təcrübə keçiblər. Belə ki, onlar 5 ilə 50 mikrometr ölçüsündə olan mikroplastik hissəcikləri floresan boya ilə nəmləndiriblər və onları torpaqla dolu konteynerlərə əlavə ediblər. Elə həmin qabda sallaq tozağacı tingləri əkilib.

Beş ay sonra yetişdirilən bitkilər mikroskop altında araşdırılıb. Məlum olub ki, tozağacların kök sistemləri mikrohissəciklərin 5-17 faizini udub.

Tədqiqatın müəllifi Ket Osten qeyd edib ki, gələcəkdə bu növ ağacların mikroplastikləri udmaqda effektivliyi, eləcə də bu maddənin bitkinin sağlamlığına təsirini müəyyən etmək öyrəniləcək.

“Lakin bu ilkin araşdırma sübut etdi ki, toağacları planeti təmizləmək potensialına malikdir. Bəlkə də onların köməyi ilə biz torpağın və suyun keyfiyyətini yaxşılaşdıra bilərik”, - deyə alim əlavə edib.

Mənbə: IGB

0.46543383598328