42 kiloqram çəki atan qadın arıqlamasının sirlərini açıb

109 kiloqram çəkisi olan avstraliyalı qadın 42 kiloqram arıqlayıb.

O, bunu necə etdiyindən danışıb.

Belinda Taddenhem hamilə qalmağa çalışarkən artıq çəki ilə mübarizə aparmağa başlayıb.

Hamiləlik dövründə artıq çəki ilə mübarizəsini bir müddət dayandırsa da, körpə doğulduqdan sonra arıqlamaq üçün səylərini davam etdirib.

Lakin gün ərzində vaxtı az olduğu üçün yemək, şokolad və şirniyyata keçib.

Nəticədə avstraliyalı qadının çəkisi 109 kiloqrama çatıb. O, öz fotosunu görən kimi həyatına yaxşı vərdişlər əlavə etmək və düzgün qidalanmaya keçmək qərarına gəlib.

O, arıqlamaq istəyənlər üçün proqrama qatılıb və proqramın təklif etdiyi menyudan yeməklər hazırlamağa başlayıb. Bundan əlavə, Taddenhem proqramın digər iştirakçılarının hekayələrini dinlədiyi həftəlik seminarlara da qatılıb. Qadın uşaq arabası ilə hər gün 20 dəqiqəlik gəzintiyə çıxmağa başlayıb. Tezliklə səylərinin nəticəsini görüb və fiziki fəaliyyətini tədricən artırmağa davam edib.

İndi Taddenhem həftədə dörd gün məhəllə ətrafında beş kilometrlik gəzinti edir. Qalan üç gün ərzində qadın on min addım atmağa çalışır. Arıqlamağa başlayandan iki il üç ay sonra o, 42 kiloqram çəki atıb.

Səhər yeməyi üçün avstraliyalı südlə yulaf ezmesi yeyir, bir müddət sonra isə bir alma və kiçik bir çərəz paketi qəbul edir.

Nahar üçün qaynadılmış yumurta ilə salat və qrildə bişmiş toyuq, ət və ya tərəvəzli omlet kimi digər proteinlə zəngin qidalar hazırlayır.

Onun günortadan sonra qəlyanaltısı çay ilə keksdən ibarətdir. Avstraliyalının şam yeməyi fərqli ola bilər, lakin, bir qayda olaraq, kilo vermə proqramının təklif etdiyi reseptlərdən istifadə edir.

Mənbə: lenta.ru

0.51225996017456