Ukrayna hərbçiləri Rusiyaya məxsus dörd helikopter və bir qırıcını vurub - FOTO

Ukrayna hərbçiləri Çerniqovda Rusiyaya məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı öz “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilir ki, bundan əlavə martın 11-də Rusiya Hərbi Hava Qüvvələrinə məxsus daha beş hava hədəfi - “Forpost” pilotsuz uçuş aparatı və dörd helikopter məhv edilib.

 

0.35758686065674