KİV: Ərbildəki ABŞ konsulluğuna İran tərəfindən raket atılıb – İDDİA + VİDEO

İraqın Ərbil şəhərində ABŞ-ın Baş Konsulluğunun binası yaxınlığında bir neçə raket düşüb.

Məlumata görə, şəhərdə ən azı üç partlayış baş verib, həyəcan siqnalları səslənib. Bundan əlavə, İraqın Kürd Muxtariyyətinin paytaxtının beynəlxalq hava limanı tərəfindən işlər dayandırılıb, bölgədə mülki hava hərəkəti dayandırılıb.

Bəzi mənbələr əraziyə 12 raketin düşdüünü bildirib. Zərbələr nəticəsində bir neçə binaya ziyan dəyib.

Bəzi Avropa KİV iddia edib ki, raketlər məhz İran ərazisindən atılıb.

Bu məlumatı İraq və Amerika rəsmiləri də təsdiqləyib. Onlar İraq Kürdüstanının paytaxtının hansı yerdən atəşə tutulduğu barədə ətraflı məlumat verməyiblər.

İraqlı mənbənin sözlərinə görə, atəşin hədəfi ABŞ-ın Ərbildəki konsulluğu olub, lakin tikilməkdə olan ABŞ diplomatik missiyasının binası ərazisində partlayan raketlərin heç biri ciddi ziyan vurmayıb. Atəş zamanı həmçinin zərərçəkən olmayıb.

Mənbə: Reuters, Rudaw, Kürdistan-24

0.44275808334351