Donlad Tramp: “Ukrayna ətrafındakı vəziyyət III Dünya Müharibəsinə səbəb ola bilər”

“Ukrayna ətrafındakı vəziyyət III Dünya Müharibəsinə səbəb ola bilər”.

Bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun fikrincə, Rusiya öz məqsədlərinə çatana qədər dayanmayacaq.

“ABŞ-ın hazırkı administrasiyasında Rusiya rəhbərliyi, xüsusən də Prezident Vladimir Putinlə danışıq aparacaq heç kim yoxdur”, - deyə Donald Tramp bildirib.

Tram bildirib ki, ABŞ Putinə iki şeyi başa salmalıdır: “Onun yalnız iki seçimi var - dərhal sülh danışıqlarına başlamaq və ya Qərbin Rusiya enerjisindən asılılığının aradan qaldırılması da daxil olmaqla, ildırım sürətli nəticələlərlə üzləşmək”.

Mənbə: TASS

0.48334193229675