Qaçmaq sağlamlıq üçün təhlükəlidir?

Alimlər sağlamlıq üçün qaçmağın təhlükəli olduğunu sübut ediblər.

Tədqiqatçılar 40 cüt əkiz insanlar arasında sorğu keçirib, onların son bir neçə ildəki məşq vərdişlərini araşdırıblar.

Sorğunun nəticələri onların axil vətərinin keyfiyyəti ilə müqayisə edilib. Xüsusilə alimlər vətərin mexaniki sərtliyini tədqiq ediblər.

Məlum olub ki, bir əkizin digərindən daha aktiv olduğu cütlüklərdə aktiv fərdlərin vətərləri orta hesabla 28% daha sərt olub.

Tədqiqatçılar həmçinin belə nəticəyə gəliblər ki, basketbol və qaçış kimi ayaqları yerdən tamamilə üzən məşqlər, üzgüçülük və ya velosiped sürmək kimi idman növlərilə müqayisədə axil vətərinə daha mənfi təsir edir.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, ayaqların yerdən qaldırılmasını nəzərdə tutuan müntəzəm məşqlər axil vətərinin həddindən artıq zədələnməsi riskini artıra bilər.

Mənbə: ferra.ru

0.39347505569458