Səkkizayaqlılar zibillikdə yaşamağı xoşlayır

Hər il okeanda daha çox süni zibil peyda olduğundan səkkizayaqlılar üçün təbii sığınacaq tapmaq daha asan olur. Alimlər bir çox sualtı fotoşəkilləri və videoları sistemli şəkildə təhlil edərək bu qənaətə gəliblər.

Elm adamları müşahidə ediblər ki, səkkizayaqlılar bəzən yumurtalarını plastik, şüşə və ya keramik qablarda qoyurlar. Dəniz heyvanları bu qablardan qoruyucu vasitə kimi istifadə edirlər.

Səkkizayaqlılar məişət tullantılarından özlərinə sığınacaqlar düzəldirlər. Alimlər müvafiq görüntüləri əks etdirən 261 fotoşəkli əldə ediblər.

Qeyd olunub ki, elmi müşahidələr 2018-2021-ci illərdə aparılıb.

Mənbə: gazeta.ru

0.42230916023254