Lukaşenko Belarusun Ukraynadakı əməliyyatda iştirak etməmə səbəbini açıqladı

Aleksandr Lukaşenko Belarus hərbçilərinin Ukraynadakı əməliyyatlarda iştirak etmədiyini bildirib və izah edib ki, onların orada heç bir işi yoxdur və ora çağırılmayıblar.

“Ukraynaya gəlincə, siz vəziyyəti diqqətlə izləyirsiniz. Mən bir daha vurğulamaq istəyirəm (siz bunu digər insanlardan yaxşı bilirsiniz): biz Rusiyanın Ukraynada keçirdiyi bu əməliyyata qarışmaq fikrində deyilik”, - deyə o bildirib.

“Düşünün, biz orada Rusiyaya nə əlavə edə bilərik? Şəxsi heyətə gəlincə, onların öz hərbçiləri yetərincədir. Biz Rusiyaya silah baxımından nəsə əlavə edə bilərikmi? Yox, biz bunların hamısını Rusiya Federasiyasından alırıq. Onlarda hər şey var, hətta daha yaxşıdır. Ona görə də bizim orada görüləsi işimiz yoxdur. Biz oraya çağıran yoxdur”, - deyə Belarus prezidenti vurğulayıb.

Mənbə: RİA Novosti

0.37396502494812