Britaniyalı qadın 22 ildir yalnız naqqetslə qidalanır

İngiltərə sakini 22 ildir ki, yalnız yağda qızardılmış toyuq filesilə (naqqets) qidalanır.

Belə ki, digər məhsullar onda qorxu və ikrah hissi yaradır.

Kembricdən olan Sammer Monro bildirib ki, o, üç yaşında olanda valideynləri onu kartof püresi yeməyə məcbur ediblər və bu, psixoloji travmaya səbəb olub.

O vaxtdan bəri 25 yaşlı britaniyalı qadın yalnız toyuq əti yeyir.

“Mən meyvə və tərəvəz yemirəm. Fiziki olaraq yeyə bilmirəm, bu mənim şıltaqlığım deyil”, - deyə qadın etiraf edib.

Buna baxmayaraq, Summer tamamilə sağlam olduğunu iddia edir və heç bir vitamin və ya qida əlavəsi qəbul etmir ki, bu da onun tanışlarını təəccübləndirir.

“Bir çox insanlar xəstələnmədiyimə təəccüblənirlər. Bu qədər enerjimin haradan gəldiyini anlamırlar. Həkimlər də deyirlər ki, məndə hər şey yaxşıdır”, - Monro əlavə edib.

Mənbə: gazeta.ru

0.43211483955383