Zelenski ABŞ Konqresi qarşısında çıxış edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski çərşənbə günü ABŞ Konqresi qarşısında çıxış edəcəyini təsdiqləyib.

Bu barədə Ukrayna lideri “Facebook” hesabında yayımlanan videomüraciətində qeyd edib.

“Çərşənbə günü ABŞ Konqresində çıxışım planlaşdırılıb. Vacib hadisədir”, - deyə V.Zelenski bildirib.

O, həmçinin Ukraynaya dəstək üçün ayrılmış 13,6 milyardlıq yardım paketi səbəbilə ABŞ Prezidenti Co Baydenə təşəkkürünü çatdırıb.

Mənbə: Unian.net

0.42566204071045