Bayden özünü vitse-prezidentin əri ilə səhv saldı - VİDEO

 

ABŞ Prezidenti Co Bayden özünü vitse-prezident Kamala Harrisin əri ilə səhv salıb.

Hadisə Ağ Evdə tədbir zamanı baş verib. O, iclasda müavininin iştirak etməməsini onun əri Duqlas Emhoffun koronavirusa yoluxması ilə izah etmək istəyib.

“Səhnədə olanlar arasında nizam bir az dəyişib: birinci xanımın əri koronavirusa yoluxub”, - deyə Bayden bildirib.

Prezidentin yanında əyləşən həyat yoldaşı Cil dərhal ona düzəliş edib: “Birinci xanımın əri sənsən”.

Bayden insanların gülüşündən sonra özünü itirmir:

“Doğurdan da. O haqlıdır. Bu, (birinci xanımın əri - red.) mənəm!” - deyə Bayden gülərək əlavə edib.

Mənbə: 360 TV

0.35163283348083