Fransalı qapıçı zorlamada şübhəli bilinərək həbs edildi

Fransanın “Nansi” klubunun qapıçısı Baptist Valett 18 yaşlı qızı zorlamaqda şübhəli bilinərək həbs edilib.

“Sport24” xəbər verir ki, qız zorlamanın gecə klublarının birində baş verdiyini bildirib.

Polis qapıçını elə həmin gün klubun yanında həbs edib. Valett sərxoş olduğundan onu dindirmək mümkün olmayıb və həbsin müddəti uzadılıb.

27 yaşlı qapıçı bu mövsüm “Nansi”nin heyətində 20 oyun keçirib və 14 qol buraxıb.

0.30920886993408