Çin Özilə qarşı: fan-klubu bağlandı, sosial şəbəkəsi bloklandı

Çində “Arsenal”ın türk əsilli futbolçusu Məsut Özilə qarşı kompaniya davam edir.

“The Telegraph” xəbər verir ki, Çinin dövlət KİV-ləri “Arsenal” klubunun adının hallanmasına qadağa qoyublar.

Onlar klub rəhbərliyindən futbolçunun yazısına görə üzr istəməyi tələb edirlər.

Bundan əlavə, Özilin Çin sosial şəbəkələrində səhifələri bloklanıb, 30 min üzvü olan “M10” fan-klubu bağlanıb. Çin hakimiyyət dairələri axtarış sistemlərindən Özilin adını pozmağa çalışırlar.

Xatırladaq ki, Özil Çində uyğurların təqibinə qarşı çıxıb və bu haqda “Twitter”də yazı yerləşdirib.

0.32286787033081