ABŞ-da pandemiya ilə mübarizə üçün pul tükənə bilər

Ağ Ev ABŞ Konqresini COVID-19 ilə mübarizə üçün əlavə 22,5 milyard dollar ayırmağa çağırıb.

Vəsait peyvəndlərin alınması və səhiyyə sistemini lazımi ləvazimatla təmin etmək üçün istifadə olunacaq.

Bayden administrasiyasının rəsmiləri tezliklə yeni bir koronavirus infeksiyası dalğası ilə qarşılaşacaqlarından ehtiyatlanırlar. 2022-ci ilin yanvar ayından ABŞ-da COVID-ə yoluxma hallarının davamlı olaraq azalmasına baxmayaraq, Avropa və Çində epidemioloji vəziyyət yenidən pisləşib.

COVID-19-un yeni dalğasının qarşısını almaq üçün məmurlara vəsait lazım olub. Bununla belə, keçən həftə Nümayəndələr Palatası infeksiya ilə mübarizə xərclərinin 15 milyard dollar azaldılması barədə qərar qəbul edib. Bu səbəbdən hökumət kifayət qədər dozada peyvənd, virus əleyhinə həblər və başqa vəsaitlər ala bilməyəcəyindən ehtiyat edir.

Bundan əlavə, ABŞ COVID-19-un təbiəti ilə bağlı tədqiqatlara xərcləri azaltmalı olacaq.

Yanaşı olaraq, Parlamentdəki respublikaçılar əlavə vəsait ayırmaqdan imtina edirlər: “koronavirus pulu” əldə etmək üçün Nümayəndələr Palatasına ştat və yerli hökumətlər üçün maliyyəni kəsməyi təklif ediblər.

CNBC

0.38967084884644