Zelenski Ukraynanın Aİ-yə üzvlüyünü Ursula fon der Leyenlə müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Komissiyasının sәdri Ursula fon der Leyen ilə danışıqlar aparıb.
Bu barədə dövlət başçısı özünün “Twitter” hesabından bəyan edib.
Мав предметну розмову з Президентом ЄК @vonderleyen. Висновок ЄК щодо заявки України на членство в #ЄС буде підготовлений протягом декількох місяців. Уряду та ЄК надано доручення. Спільно рухаємося до нашої стратегічної мети.
— Володимир Зеленський (@ZelenskyyUa) March 18, 2022
Ölkə rəhbərinin sözlərinə görə, onlar Ukraynanın Aİ-yə üzvlüyü barədə müzakirə aparıblar.
“Ukraynanın Aİ-yə üzvlük müraciəti ilə bağlı Avropa Komissiyasının qərarı bir neçə ay ərzində hazırlanacaq. Hökumətə və Avropa Komissiyasına etibarnamə verilib. Biz birlikdə strateji hədəfimizə doğru irəliləyirik”, - deyə Zelenski bildirib.