Müharibənin Kiyevdə nəticələri AÇIQLANDI

Ukraynanın paytaxtı Kiyevdə Rusiya Federasiyasının tammiqyaslı işğalı başlayandan bəri 222 nəfər həlak olub.

Bunlardan dördü uşaq olmaqla altmış nəfəri mülki şəxsdir.

Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik brifinqdə açıqlayıb.

Bildirilir ki, hərbi əməliyyatlar zamanı paytaxtda 889 nəfər yaralanıb, onlardan 241-i mülki şəxs, o cümlədən 18-i uşaq, üçü təcili tibbi yardım maşını sürücüsü, biti təcili tibbi yardım həkimidir.

N.Povoroznikin sözlərinə görə, müharibə başlayandan bəri düşmən paytaxtda 36 yaşayış binasına, beş şəxsi mülkə, altı məktəbə və dörd uşaq bağçasına ziyan vurub. Əlli beş evin fasadları, eyvanları və pəncərələri zədələnib.

Eyni zamanda, Kiyevdə infrastruktur işləyir, bütün kommunal xidmətlər təmin olunub. Ərzaq mağazaları, apteklər, banklar, yanacaqdoldurma məntəqələri, avtomobil xidmətləri, zoomağazalar və digər müəssisələr açıqdır.

Povoroznik həmçinin bildirib ki, Rusiya işğalçıları ilə 22 gün davam edən qarşıdurma ərzində paytaxtda 757 uşaq doğulub: 403 oğlan və 354 qız. Yeni doğulanların 13-ü əkizdir.

Mənbə: Ukrainskaya Pravda

0.39706707000732