Oğuzda VAZ yük maşını ilə toqquşdu, yaralı var - FOTO

Oğuzda baş verən qəzada bir nəfər xəsarət alıb.  

Bakunews.media-ın bölgə müxbiri xəbər verir ki, hadisə bugün axşam saatlarında Kərimli-Yaqublu avtomobil yolunda qeydə alınıb.  

Belə ki, rayonun Padar kənd sakini 60 yaşlı Ağalar Nəsibovun idarə etdiyi VAZ markalı avtomobillə “Ford” markalı yük avtomobili toqquşub. 

Nəticədə minik avtomobilinin sürücüsü A.Nəsibov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır. 

0.29708003997803