Gəncədə yüksək sürət qəzaya səbəb oldu: iki nəfər xəsarət aldı - FOTO

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  

Bakunews.media xəbər verir ki, hadisə şəhərin DOS 102 Xəqani küçəsi adlanan ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, şəhər sakini, 1972-ci il təvəllüdlü Nağıyev Rövşən Telman oğlu idarə etdiyi “VAZ 21 06” markalı avtomobilini çinar ağacına çırpıb. 

Nəticədə sürücü və maşında olan qadın sərnişin, 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib. 

Qəzaya səbəb avtomobilin yüksək surətlə idarə edilməsi olub.

0.30626010894775