“Flamenqo” Klublararası dünya çempionatının finalına çıxdı – VİDEO

Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında ilk yarımfinal qarşılaşması oynanılıb.

Bakunews.media xəbər verir ki, oyunda braziliyanın "Flamenqo" klubu və Səudiyyə Ərəbistanın “Əl-Hilal” komandası üz-üzə gəliblər.

Görüş cənubi amerikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə “Əl-Hilal”ın yarımmüdafiəçisi Salem əl-Dossari açıb. Lakin braziliyalılar nəinki bərabərliyi, həm də qəlbəni də qazana bilib – 3:1.

“Flamenqo”nun heyətində Arraskaeta və Bruno Enrike fərqləniblər, son topu isə “Əl-Hilal”ın müdafiəçisi Əli əl-Bulayhi öz qapısına vurub.

Qeyd edək ki, dekabrın 18-də İngiltərənin “Liverpul” və Meksikanın “Monterrey” komandaları arasında görüşdə digər finalçı müəyyənləşəcək.

 

0.30451107025146