Nərimanov rayonunda 3 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb - FOTO

Nərimanov rayonunda 3 avtomobilin iştirakı ilə baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Hadisə Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. İlkin məlumata görə, “Lexus” markalı avtomobilin sürücüsü prospektlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Opel” markalı avtomobilə çırpılaraq istiqamətini dəyişib. Daha sonra o, “Hyundai” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı “Hyundai”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Lexus”un sürücüsü isə hadisə yerində yayınıb.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.3157000541687