“Barselona” azarkeşləri ilə müstəqillik tərəfdarları arasında qarşıdurma

Madrid “Real”ı ilə keçirilən qarşılaşmanın start fitinə 15 dəqiqə qalmış “Barselona”nın “Boixos Nois” azarkeş qrupu ilə Kataloniyanın müstəqilliyi tərəfdarları arasında qarşıdurma baş verib.

“Marca” xəbər verir ki, təxminən 30-a yaxın azarkeş etirazçılarla toqquşub.

Etirazçılar “Boixos Nois” üzvləri istiqamətində “gedin, faşistlər” şüarını səsləndiriblər. Münaqişə tərəfləri bir-birilərinə içki şüşələri atıblar. Qarşıdurma yalnız polisin müdaxiləsindən sonra başa çatıb.

Qeyd edək ki, “Barselona” ilə Madrid “Real”ı arasında keçirilən qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

0.54715490341187