ALDP rəsmisi: V Qurultaydan sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar
“V Qurultaydan sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar”.
Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Zəfər qurultayı ilə bağlı açıqlamasında bildirib.
Nizami Verdiyevin fikirincə, V Qurultayın bu il Şuşada keçirilməsinin siyasi əhəmiyyəti var:
“Şuşa mədəniyyət paytaxtı kimi tanınır. Şuşa Zəfəri və Şuşa bəyannaməsindən sonra həm də siysi mərkəzə çevrilir. Bununla da reqionun sabitliyinə təkan verəcək”.
“Diaspor təşkilatların fəaliyyətində həmişə narazı olmuşuq. Məlum məsələdir ki, erməni diaspor təşkilatları yüz illərdir ki, fəaliyyət göstəriblər. Bizdən fərqli olaraq Ermənistan dövlətindən dəstək almayıblar. Əksinə, Ermənistanı daimə dəstəkləyiblər. Bizim isə diaspor təşkilatların yaranması heç otuz il eləmir. Amma buna baxmayaraq onlara dövlət dəstəyi var. Bu dəstəyi səmərəli istifadə etmək lazımdır, öz şəxsi maraqları kənara qoymaq lazımdır”- Nizami Verdiyev qeyd etdi.
Onun sözlərinə qörə, Vətən müharibəsindən sonra diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar:
“Hesab edirəm ki, V Qurultaydan sonra, diaspor təşkilatlarımız daha da aktiv olmalıdırlar. Vətən müharibəsi dövründə azərbaycanlılar həmrəyliyini bütün dünyaya göstərdilər. Müharibə bitib, amma indi informasiya müharibəsi dövrüdür. Bu informasiya müharibəsində diaspor təşkilatlarımız ön “cəbhə” xəttindədirlər və öz işlərində möhkəm olmalıdırlar”.