Təbriz Gülalıyev: Həkim atamın komadan ayılma ehtimalının çox olduğunu deyib - FOTO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yenilik var.

Bakunews.media xəbər verir ki, bu barədə Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün “Facebook” şəbəkəsindəki hesabında paylaşıb.

Paylaşımda qeyd olunub ki, O.Gülalıyevin müayinəsi üçün türk həkim gəlib:

“Bu gün atam Oktay Gülalıyevin EEG müayinəsi üçün Bülent Kahyaoğlu həkim gəlib. Onun bildirdiklərinə görə atamın komadan ayılma ehtimalı çoxdur. Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa “ödəm” qaldığı üçün zamana ehtiyacımız var.

Çəkilən şəkildə göründüyü kimi, atam sağ gözünü az da olsa, açmaq istəyib”.

0.29670715332031