Bakıda 62 yaşlı kişini bıçaqladılar
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakunews.media xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Axundzadə küçəsində 1957-ci il təvəllüdlü Adil Dadaşov tanımadığı şəxslə mübahisə zəmnində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu