Bakıda 24 yaşlı gənc bıçaqlandı

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Bakunews.media xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.  

1995-ci il təvəllüdlü Vəliyev Kənan Bəhruz oğlu tanımadığı şəxslə mübahisə edib.  

Nəticədə o, bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli , Elşad Mətləboğlu 

0.31703805923462